Ağdam polisi gənc fəalı həbs edib

AXCP Gənclər Komitəsinin fəalı İslam İslamzadə həbs olunub

Bu barədə Azadliq.info məlumat yayıb. Saytın yazdığına görə, gənc fəal Ağdam rayon məhkəməsinin qərarı ilə 25 sutka həbs cəzası alıb. 

İslam İslamzadənin hazırda Bərdə rayonunda yerləşən müvəqqəti saxlanma təcridxanasına aparıldığı bildirilir.

İslam İslamzadə

İslam İslamzadənin qardaşı ötən gün Ağdam rayon Quzanlı kənd polis idarəsinə çağırılıb və ondan qardaşının polisə gəlməsi tələb olunub. Sayt bildirir ki, İslamı polis bölməsinə dəvət edən Cabir adlı şəxslə əlaqə saxlasalar da, o, suallara cavab verməyərək, telefonu qapayıb.