“AGBank” və “NBC Bank”ı bu 4 variantdan biri gözləyir

“AGBank” və “NBC Bank”ı bu 4 variantdan biri gözləyir

Məlum olduğu kimi cari ilin aprelin 27-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub. 28 apreldə isə “Ata Bank” və “Amrah Bank”ın lisenziyası ləğv olundu. Lakin inzibatçı təyin olunan digər iki bank “NBC Bank”və “AGBank” barədə nə qərər qəbul olunacağı hələ ki, bəlli deyil.

Qeyd edilən iki bankın gələcək taleyi barədə "MediaPost" a danışan AMB-nin hüquqşünası Tural Feyzullayev bildirib ki, müvəqqəti inzibatçı bir ay ərzində tədbirlər planı hazırlayıb Mərkəzi Banka təqdim etməlidir ki, bu banklar barədə hansı addımlar atılsın: “Qanunda da bu zaman tətbiq ediləcək xüsusi qaydalar var. Belə ki, yoxlamalardan sonra bu banklar barədə qeyd edilən variantlardan biri seçilə bilər. Bunlar bankların səhmlərinin başqa investora satılması, sağlam banka qoşulması və yenidən təşkil olunması, körpü bank yaradılması və körpü bankın sonradan investora satılması, bankın sağlam aktivləri ilə öhdəliklərinin başqa banka köçürülməsi qalan hissəsinin isə ləğv edilməsi tətbiq edilə bilər. Bu variantlardan heç biri sərf etməsə və xərci daha çox olsa, o zaman qeyd olunan bankları ləğv etmək zəruri olacaq. Bu variantlardan birinin təyin edilməsi 30 gün ərzində müəyyənləşəcək”.

Facebook