Ağ Ev: “Trampla bağlı impiçment tələbi siyasi oyundur”

Demokrat Partiyasından olan konqresmenlərin Trampla bağlı impiçment tələbi siyasi oyundur və gülüş doğurur”.

Bunu Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

Xatırladaq ki, impiçment təşəbbüsünü ABŞ Nümayəndələr Palatasından olan demokratlar Bred Şerman və El Qrin irəli sürüb.

Onlar prezident Donald Trampın Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı aparılan təhqiqata mane olduğunu əsas gətirərlər