Afrində terrorçuların istifadə etdiyi tunel - Foto - Video

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçuların tuneli də keçirilib.

YPG/PKK terrorçuları illər ərzində 300 metr məsafəni qazaraq tunel hazırlayıblar.

Tuneli hava zərbəli və top atışlarından qorunmaq üçün divarlar 90 sm betondan hazırlanıb. Hündürlüyü iki metr olan tunelin genişliyi isə 1,5 metrdir. Ətrafdan diqqət cəlb etməsin deyə üstü daş və qumla örtülüb.

Sığınacaqda terrorçuların qaldığı otaqlar, silah anbarı, və digər məqsədlər üçün istifadə edilən yerlər aşkar edilib.

Hazırda Türkiyə və Azad Suriya Ordusu (ASO) bölgədə terrorçulara qarşı əməliyyatı davam etdirir.

Qafqazinfo