Afrində terrorçulardan götürülən silahlar – Fotolar

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun budağı” hərəkatını davam etdirir.

Xarici mediaya istinadla xəbər verilir ki, əməliyyatın 13-cü günündə türk əsgərləri və Azad Suriya Ordusu döyüşçüləri daha 2 kəndi terrorçulardan təmizləyib.

Əməliyyat zamanı ümumilikdə 823 terrorçu öldürülüb, 20-si kənd olmaqla 29 məntəqə terrorçulardan azad edilib.

Gecə saatlarında türk ordusu Raco kəndinə doğru hücuma keçib.

Hazırda bölgədə gərgin döyüşlərin getdiyi bildirilir.

Bu arada Türkiyə Silahlı Qüvvələri terrorçulardan müsadirə edilən silahların siyahısını açıqlayıb.

Siyahıda SA-18 qumbaraatanları, Kalaşnikov avtomatları, RPG 7 minaatanları, tank əleyhinə minalar, tapançalar və əldəqayırma bombalar var.