Afrində son vəziyyət

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatı davam edir.
 
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyatın 45-ci günündə öldürülən terrorçuların sayı 2777 nəfərə çatıb. Son 24 saatda 165 terrorçu öldürülüb. Ötən gün Şeyx Hadid yaşayış məntəqəsi və 7 kənd PKK-PYD və İŞİD terrorçularından azad edilib. 
 
Raco TSQ nəzarətinə keçəndən sonra növbəti hədəf Cindərəsdir.