Afrində Öcalanın 53 metrlik abidəsi dağıdıldı - Video

Türkiyə ordusu PKK lideri Abdullah Öcalanın Suriyanın Afrin bölgəsində inşa edilən abidəsini bombalayıb.

 "Anadolu" agentliyinə istinadən xəbər verilir ki, pilotsuz uçuş aparatları (PUA) ilə vurulan abidə yerlə-yeksan olub.

Qeyd edək ki, üzərində Öcalanın portreti olan 53 metrlik beton abidə PKK yaraqlıları tərəfindən Darmık dağının yamacında inşa edilmişdi.