Afrində 3 mülki vətəndaş həyatını itirib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrindəki qarşı Zeytun budağı əməliyyatı zamanı 3 mülki vətəndaşın həyatını itirdiyi bildirilib. Bu barədə Suriya rəsmi xəbər agentliyi SANA xəbər verib. Xəbərə görə, TSQ-nin Maabatlı bölgəsi ətrafındakı kəndlərə hücumunda biri 75 yaşlı olmaqla 2 mülki vətəndaş ölüb, bir nəfər də yaralanıb. Cinderesdəki tibb mərkəzinə endirilən zərbələr nəticəsində isə bir tibb işçisi həyatını itirib. Zərbələr zamanı tikililərə maddi ziyan dəydiyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi bir həftəlik müddətin bitməsindən dərhal sonra Afrinə qarşı əməliyyatı 20 yanvarda başlatmışdı.