Afrinə ilk humanitar yardım çatdırıldı

Qızıl Xaç və Qızıl Aypara Beynəlxalq komitəsinin humanitar karvanı Suriyanın Afrin şəhərinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Hələb şəhərinin nümayəndəsi məlumat yayıb.

Bildirilib ki, yardım karvanı 28 yük avtomobilindən ibarətdir və hazırda dinc sakinlərin məskunlaşdığı ilk bölgəyə çatıb.