Afrika qitəsində yoluxanların sayı 66 mini ötdü

Afrika qitəsində yoluxanların sayı 66 mini ötdü

Afrika qitəsində koronavirusa yoluxanların say 66 119 nəfərə çatıb.

Rakurs.tv “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan qitə üzrə 2 331 pasiyent ölüb.

Məlumata görə, 22 min pasiyent sağalıb. Ən çox yoluxma halları Cənubi Afrika Respublikası (10 652 nəfər), Misir (9 746), Mərakeş (6 226), Əlcəzair (5 891) qeydə alınıb. Ən çox qurban Misir (533) və Əlcəzairdə (507) olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Facebook