EURO : 1,8358 TRY : 0,2794 USD : 1,7 RUB : 0,0267
Adil Qeybulla: Yayılmış virus öldürücü ola bilər

Adil Qeybulla: Yayılmış virus öldürücü ola bilər

Respublikanın baş infeksionisti Cəlal İsayev hazırda ölkədə epidemiya ilə bağlı hər hansı gərgin vəziyyətin mövcud olmadığını deyib. 
 
Bunu o, "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
 
Cəlal İsayevin sözlərinə görə, sadəcə mövsümə uyğun olaraq kəskin respirator virusları yayılıb: "Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyil. Bu il ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır”.
 
"Bu il respublikada "donuz qripi”, yaxud "quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”, – deyə İsayev qeyd edib.
 
Tibb elmləri doktoru Adil Qeybulla isə Toplum TV-yə deyib ki, ölkədə respirator  viruslarının əsasında nə dayandığını demək çətindir.
 
Onun sözlərinə görə, bu cür viruslar əsasən, hava, damcı yolu ilə yayılır: "Bu cür xəstəliklər yuxarı tənəffüs yollarında olan mikroorqanizmlərdir, orada tapılır. Bütün yuxarı tənəffüs infeksiyaları ağırlaşa, klinomariya da törədə bilər. İnsanlar bunu gözləməsələr, ölüm halı da olar”.
 
Adil Qeybulla deyir ki, bu tip xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə yoluxmaqdan qorunmaq lazımdır: "Bundan ötrü maskalardan istifadə etmək lazımdır. Məsələn, adamların çox olduğu mağazalar, məktəblər, ictimai nəqliyyat  və s. yerlərdə bu vacibdir. Amma bizdə camaat  bunu taxmağı özünə kompleks bilirlər. Xəstələnmiş insanlar mütləq yataq rejiminə keçməlidir. Ayaq üstdə bu xəstəliyi  keçirmək məsləhət deyil. Çoxlu maye qəbul edib, həkimə müraciət etməlidirlər”.
 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə qurmaq istəsək də, cavab verən olmadı.

Facebook