Aclıq aksiyasından sonra Zamin Salayevi başqa koloniyaya köçürüblər

Aclıq aksiyasından sonra Zamin Salayevi başqa koloniyaya köçürüblər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevi başqa koloniyaya köçürüblər.

Bu, Z.Salayev sentyabrın 15-də 16 saylı koloniyada onun sıxışdırılmasına və fiziki təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başladıqdan sonra baş verib.

Onun sözlərinə görə, sentyabrın 19-dan e Z. Salayev 17 saylı koloniyaya köçürülüb.

 

Müxalifətçinin oğlu deyib ki, Z.Salayev evə zəng edərək bildirib ki, 17 saylı koloniyada ona münasibət normaldır və hələlik heç bir şikayəti yoxdur.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Z.Salayev aprelin 20-də Salyan Rayon Məhkəməsi tərəfindən yerli polis zabitinin şikayəti əsasında “böhtan” və “təhqir” ittihamı ilə 2 il, 3 ay müddətinə mühakimə edilib.

İddiaya Z.Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbət edib, polisi 21 yaşlı yerli sakini onunla birgə yaşamağa sövq etməkdə ittiham edib.

Facebook