AÇG və Şahdənizdən gəlirlərimiz açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli və Şahdənizdən əldə edilən gəlirləri açıqlayıb.

Fondan verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən 01.12.2018 tarixinə kimi 137 446 mln. ABŞ dolları olub.

AÇG yatağından 01.01.2018 - 01.12.2018 tarixinə kimi isə gəlirlər 8 960 mln. ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – 01.01.2018 - 01.12.2018 tarixinə 222 mln. ABŞ dolları təşkil edib. Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə 2007-ci ildən 01.12.2018 tarixinə qədər 2 506 mln. ABŞ dolları olub.