ABŞ əvvəllər qadağan edilmiş raketlərin müxtəlif növlərinin yaradılması üzərində işləyir

Birləşmiş Ştatlar əvvəllər Rusiya və Amerika arasında bağlanmış Orta və Qısa mənzilli Raketlərin Ləğvi haqqında Müqavilə ilə qadağan edilmiş müxtəlif növ raketlərin hazırlanma ehtimalını araşdırır. 

 

Bu barədə çərşənbə axşamı Vaşinqtonda yerləşən Demokratiya Müdafiə Fondunda çıxış edən ABŞ Ordusu katibinin səlahiyyətlərini icra edən Rayan Makkarti danışıb.

 

"Müqaviləsi çərçivəsindəki raketlərin uçuş məsafəsinə gəlincə, biz artıq müqavilənin tərəfdaşı deyilik və hər şeydən əvvəl mövcud vəziyyətdən necə yararlana biləcəyimizə - raketlərin dəqiq vurma məsələsinə baxırıq. Şübhəsiz ki, söhbət hipersonik silahlardan gedir. Hipersonik silahlara ballistik başlıq quraşdırılması artıq müqavilə çərçivəsində deyil. Bütün bu imkanları nəzərdən keçiririk", - Rayan Makkarti deyib.

 

Ancaq o, müqavilə ilə əvvəllər qadağan edilmiş raketlərin yerləşdirilməsi ilə bağlı mümkün olan planlar barədə sualı cavablandırmaqdan imtina edib.