ABŞ vətəndaşlarının telefonları dinlənilir

ABŞ öz vətəndaşlarının telefon danışıqlarının izlənilməsində rekord qırıb.

“Reuters” agentliyinə istinadən xəbər verilir ki, 2017-ci ildə əvvəlki ilə nisbətdə üç dəfə daha çox şəxsin telefon danışıqları və mesajları izlənilib.

ABŞ Milli Kəşfiyyat Idarəsinin direktorunun hesabatında bu barədə danışılır.

Agentliyin bildirdiyi kimi burada ən maraqlı məqam bu hadisə ABŞ-da izlənmələrin həcminin azaldılması üçün qanunun qəbul edilməsinin ikinci ilində baş verib.

Milli Təhlükəsizlik Agentliyinin verdiyi məlumatda hədəfin yalnız zəng və mesajların zamanının qeydiyyata alınması olduğu bildirilib. Yəni MTA danışıq və ya mesajların içliyini izləməyib.