ABŞ Ukrayana məsələsi ilə bağlı Rusiyadan izahat tələb etdi

ABŞ Ukrayana məsələsi ilə bağlı Rusiyadan izahat tələb etdi

"Biz Ukraynanı yüksək səviyyədə dəstəkləyirik və onlara qarşı təhdidin qarşısını almağa çalışırıq, ancaq Ukraynanın Alyansa üzvlüyü barədə qərarı NATO verməlidir”.

UNİAN-nın aprelin 6-da verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, Ukrayna artıq çoxdandır ki, NATO-ya üzv olmağa çalışır və Co Bayden administrasiyası bu məsələni onlarla müzakirə edir.

Pentaqonun mətbuat katibi Con Kirbi Ukrayna ilə bağlı Rusiyaya çağırış edib. O, Rusiyanı Ukraynanın cənub-şərq sərhədində və Krımda hərbi qüvvələrin cəmlənməsi ilə bağlı niyyətini izah etməyə çağırıb.

“Rusiyanı sərhəd boyu bu qüvvələrlə nə etdiyinə dair niyyətlərini daha aydın göstərməyə çağırırıq. Vacib olan sərhəd boyunca gərginliyi azaltmaqdır. Bütün tərəflərin Ukrayna ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişəyə dair 2014-2015-ci il tarixli Minsk razılaşmalarına riayət etməsi zəruridir. Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəd boyunca, Krımda, xüsusən daha çox cənub-şərqə doğru yerləşdirildiyini görürük. Biz bu prosesi çox yaxından izləyirik”, - rəsmi bildirib. 

Kanadanın baş naziri Castin Trüdo da Ukraynaya dəstəyini ifadə edib. 

”Kanada dövlətinin Ukraynaya verdiyi dəstək dəyişməz olaraq qalır” - Trüdo Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra "Tvitter" hesabında yazıb.

O, Kanada ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinin də vacibliyini vurğulayıb.

Baş nazir bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləməsi ilə bağlı ölkəsinin mövqeyi dəyişməzdir.

Ukrayna prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl NATO-nu Qara dənizdə mövcudluğunu gücləndirməyə çağırmışdı. 

Facebook