ABŞ-ın Türkiyədəki səfirliyi bağlanır

ABŞ-ın Türkiyədəki səfirliyi martın 5-də "təhlükəsizlik hədəsi” səbəbindən bağlanacağını bildirir.
 
Səfirlik vebsaytında yerləşdirdiyi bəyanatda təhlükənin nədən ibarət olduğunu açıqlamayıb. Bina Ankaranın Kavaklıdere bölgəsində yerləşir.
 
2013-cü ildə səfirliyə intiharçı hücumu olmuşdu, türk mühafizəçi öldürülmüşdü. O zaman hücuma görə məsuliyyəti ifrat solçu qrup götürmüşdü.
 
Səfirlik bu ölkədəki vətəndaşlarına turizm məkanlarındakı gur yerlərə, eləcə də səfirlik binasına yaxınlaşmamağı tövsiyə edib.
 
Son vaxtlar ABŞ-la Türkiyə arasında münasibətlər gərginləşib. Səbəblərdən biri Birləşmiş Ştatların prezident Bashar al-Assad hökumətin qarşı vuruşan Suriya kürdlərini silahlandırmasıdır.
 
Ankara ABŞ-ın dəstəklədiyi YPG qruplaşmasının illərdir Türkiyədə hökumətlə mübarizə aparan kürd terrorçularla əlaqəli olduğunu bildirir.
 
toplum.tv