ABŞ Türkiyə və Misirə xəbərdarlıq edir

ABŞ Türkiyə və Misirə xəbərdarlıq edir

Dövlət Departamentinin aparıcı rəsmisi Türkiyə və Misiri Rusiyayla hərbi sövdələşmələrinə görə sərt tənqid edib, bu yoldan əl çəkməsələr, sanksiyalarla hədələyib.
 
Jurnalistlərə anonimlik şərtilə danışan rəsmi noyabrın 21-də deyib ki, Ankara Vaşinqtonla münasibətlərini yaxşılaşdırmaq istəyirsə, Rusiyadan aldığı S-400 zenit-raket sistemindən əl çəkməlidir.
 
NATO üzvü Türkiyə iyulda sistemin ilk partiyasını alıb. Bu səbəbdən ABŞ onu F-35 qırıcı proqramından çıxarıb.
 
ABŞ və NATO rəsmiləri Türkiyənin S-400 almasına qarşı çıxır, onun Qərbin istifadə etdiyi F-35 qırıcılarına təhlükə yaradacağını deyir.
 
Vaşinqton Ankaranı ABŞ istehsalı olan Patriot sistemi almağa çağırır.
 
Türkiyə Prezidenti Recep Tayyip Erdogan sanksiya riskinə baxmayaraq, geri çəkilməyəcəyini deyib.

Facebook