ABŞ əsgərləri Suriyada 14 yaşlı uşağı güllələdi - VİDEO

ABŞ əsgərləri Suriyada 14 yaşlı uşağı güllələdi - VİDEO

Rusiya hərbçiləri Suriyanın Hasek əyalətində ABŞ hərbçiləri ilə mülki vətəndaşlar arasında baş verən qarşıdurmadan sonra əyalətdə vəziyyətin pisləşməsinin qarşısını almağa kömək edib.

 

TASS xəbər verir ki, qarşıdurma zamanı ABŞ əsgərləri mülki vətəndaşlara atəş açıb. Nəticədə, bir yerli sakin yaralanıb, Faisal Xalid Muhammad adlı 14 yaşlı uşaq ölüb.

 

"Yalnız hadisə yerinə gələn Rusiya hərbi qüvvələrinin səyləri sayəsində yerli sakinlərlə qarşıdurmanın daha da kəskinləşməsinin qarşısını almaq mümkün oldu", - deyə Rusiaynın Suriyadakı müharibə edən tərəflərin uzlaşma mərkəzinin rəhbəri Yuri Borenkov bildirib.

 

Rus hərbçilər ABŞ Silahlı Qüvvələri kolonunun Hasek vilayətinin Himo kəndi ərazisindəki baza nöqtəsi istiqamətində çıxışını təmin ediblər.

Facebook