ABŞ Rusiya diplomatlarına viza vermir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın rusiyalı diplomatlara viza verməkdən imtina etdiyi deyib. Bu diplomatlar ötən ilin dekabr ayında Rusiya səfirliyinin ABŞ-dan çıxarılan əməkdaşlarını əvəz etməlidir.

“Vaşınqton nəinki qovulan əməkdaşlarımızla bağlı qərarı ləğv etməyib, həmçinin onların əvəzinə gedəcək diplomatlara viza vermir”, – deyə Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.