ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq

ABŞ dövlət başçısı Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasını elan edə bilər.

Bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, D.Tramp 5 dekabrda fələstinlilərlə bağlı bəyanatında Qərbi Qüdsün İsrailin paytaxtı olduğunu da qeyd edəcək. Hətta onun qəti qərar qəbul etdiyi də bildirilir.

Qeyd edək ki, avqustda  ABŞ və İsrailin Amerika Səfirliyinin Tel Avivdən Qüdsə köçürülməsinin mümkünlüyünün yenidən müzakirəsinə qayıtdıqları bildirilmişdi.