ABŞ müsəlman qatili Myanmaya sanksiya tətbiq etmək istəyir

"Reuters"-ə mediasına istinadən verilən xəbərə əsasən, yerli Rohinca müsəlmanlarına qarşı zülm və təzyiqlərdən istifadə edən Myanma rejiminə sanksiyalar tətbiq etmək lazımdır. Bu təşəbbüslə 40 amerikalı konqresmendən ibarət qrup çıxış edib.

"Biz, Birma ərazisi daxilində qapalı qalanların (Rohinca müsəlmanları - red.) müdafiə və təhlükəsizliyi üçün, həmçinin onların qonşu ölkələrdən də zor yolu ilə qovulmasının qarşısının alınması istiqamətində də bütün mümkün addımları atmağa səsləyirik.", - deyə sənəddə qeyd edilir.

Xatırladaq ki, Myanma rejimi və radikal buddistlər yerli müsəlmalara qarşı etnik təmizləmə siyasəti yürüdür. Avqust ayının sonundan indiyədək minlərlə müsəlman amansızcasına qətlə yetirilib və yaralanıb, yarımmilyondan çox insan isə vətənini tərk etməli olub.