ABŞ məhkəməsi müsəlmanları müdafiə edən qərar verdi

ABŞ-ın Virciniya ştatının Apellyasiya Məhkəməsi ölkə prezidenti Donald Trampın 6 müsəlman ölkəsindən olan vətəndaşların Birləşmiş Ştatlara gəlişinə müvəqqəti qadağa qoyan Miqrasiya fərmanının müsəlmanları ayrıseçkiliyə məruz qoyması barədə qərar çıxarıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda bildirilir ki, məhkəmə bunun həmçinin Amerika Konstitusiyasına zidd olduğunu bildirib.

“Prezident Trampın və icra hakimiyyətinin digər rəsmi şəxslərinin rəsmi bəyanatlarını, həmçinin bəyannamənin (Miqrasiya fərmanı – red), araşdıraraq bu nəticə çıxardıq ki, bəyannamədə İslamla bağlı düşmənçilik var və buna görə Konstitusiyaya ziddir”, – deyə hakim Rocer Qreqorinin qərarında deyilir.