“ABŞ-la danışıqlar aparmaq vaxt itkisidir” - Əsəd

Suriya prezidenti Bəşər Əsəd ABŞ prezidenti Donald Trampla danışıqlar aparmağı mənasız hesab edir.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Əsəd NTV kanalına müsahibəsində "ABŞ-la danışıqlar aparmaq vaxt itkisidir. Biz onlar amerikalı olduğu üçün danışıqlardan imtina etmirik. Sadəcə, kiminlə nəticə əldə edə biləcəyiksə, onunla danışıqlara hazırıq" deyib. 

Əsəd Amerika prezidentlərini "Lobbiçilərin girovu" da adlandırıb. Suriya liderinin sözlərinə görə, onların vəzifələri neft-qaz korporasiyalarının, silah alverçilərinin və iri media maqnatlarının maraqlarına xidmət etməkdir.