ABŞ keçmiş prezidenti həbs etdi

Panamanın keçmiş prezidenti Rikardo Martinelli ABŞ-da həbs olunub.

“Reuters”in xəbərinə görə, həbs Panama Ali Məhkəməsinin tələbinə əsasən həyata keçirilib.

Beynəlxalq axtarışa verilən Martinelli korrupsiyada və prezidentliyi dövründə (2009-2014) 150 nəfəri qanunsuz dinləməkdə ittiham olunur.

Eks-prezident ittihamları rədd edərək siyasi təqiblərin qurbanı olduğunu bildirir. O, 2015-ci ildə hakimiyyəti vitse-prezident Xuan Karlos Varelə ötürərək Panamanı tərk edib.