ABŞ İrana qarşı sanksiyaları artırdı

ABŞ Maliyyə nazirliyinin sanksiya siyahısına İranın daha 6 təşkilatı əlavə olunub.

Sanksiya qərarı İranın elmi məqsədli "Simurq" Kosmos Aparatını kosmosa göndərməsinə cavab olaraq verilib.

Sanksiyalar İranın ballistik raket proqramı üçün kilid rol oynayan Şəhid Himmət Sənaye Qrupunun nəzarətindəki "Shahid Karimi Industries", "Shahid Rastegar Industries", "Shahid Cheraghi Industries", "Shahid Varamini Industries", "Shahid Kalhor Industries" və "Amir Al Momenin Industries" təşkilatlarını əhatə edəcək.

Nazirlik adı çəkilən təşkilatların maliyyə hesablarının dondurulduğunu və bu təşkilatlarla hər cür əlaqənin qadağan edildiyini açıqlayıb.

Rakurs TV