ABŞ: İran dənizçiləri qayıqları qaytarsa da, onların üzərindəki kameralar yoxdur

ABŞ: İran dənizçiləri qayıqları qaytarsa da, onların üzərindəki kameralar yoxdur

“İran dənizçiləri qayıqları qaytarsa da onların üzərindəki kameralar yoxdur.”

Bu barədə Pentaqonun mətbuat xidmətinin sözçülərindən biri general Batt Rayder açıqlama verib.

Bildirilib ki, ötən həftə Qırmızı dənizdə ABŞ Ordusuna məxsus iki pilotsuz qayıq İran dəniz qüvvələri tərəfindən ələ keçirilib və onlar bir müddət sonra azad sularda buraxılıblar.

Əlavə edilib ki, lakin bu qayıqların kameraları yerində deyil.

ABŞ rəsmisi əlavə edib ki, "bu qayıq və kameralar heç bir təhlükə törətmirlər."

Facebook