ABŞ generalı: "Əl Bağdadi sağdır"

ABŞ İŞİD lideri Əbu Bəkr əl Bağdadinin sağ olduğunu hesab edir və onun axtarışı ilə məşğul olmaqda davam edir. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu koalisiya komandanı amerikalı general Stiven Taunsend deyib.   

“Düşünmürəm ki, əl Bağdadi sağ deyil. Biz hər gün onu axtarmaqda davam edirik. O sağ olmasa, biz məmnun olarıq”, - deyə general brifinq zamanı deyib.  

Stiven Taunsendin sözlərinə görə, əl Bağdadinin sağ olduğuna işarə verən müəyyən kəşfiyyat məlumatları mövcuddur: “O, nə İraqda, nədə ki Rəqqadadır, çox ehtimal ki, Fərat vadisinin mərkəzindədir”.