ABŞ Fələstin Azadlıq Təşkilatının ofisini bağladı

ABŞ Fələsin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisini bağlayıb.

Xarici mediaya istinadən xəbər verilir ki, bu barədə ABŞ XİN-in bəyanatında deyilir. 

Bəyanatda FAT-ın Vaşinqtondakı ofisinin 2017-ci ilin noyabrında İsrail və Fələstin arasındakı sülh danışıqlarına dəstək məqsədilə yaradıldığı, ancaq təşkilatın İsraillə mühüm danışıqlar üçün birbaşa hər hansı təşəbbüs göstərmədiyi qeyd edilir.

FAT-ın üstəlik ABŞ-ın sülh planını qınadığı bildirilir.