ABŞ Fars Körfəzinə hərbi gəmi göndərib

ABŞ, Britaniya və Fransa Suriyanın dövlət obyektlərinə zərbə endirmək üçün kimyəvi silah təxribatını bəhanə kimi istifadə edə bilərlər.

"Ria Novosti"nin məlumatına görə, bu barədə Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Britaniya xüsusi xidmət orqanlarının fəal iştirakı ilə bu təxribatın həyata keçirilməsi ABŞ, Böyük Britaniya və Fransa üçün Suriyanın dövlət və iqtisadi obyektlərinə raket-hava zərbəsinin endirilməsi üçün növbəti bəhanə olmalıdır", - deyə Konaşenkov bəyan edib.

Onun sözlərinə görə, bu məqsədlə bir neçə gün əvvəl Fars Körfəzinə "The Sullivans" hərbu gəmisi, Qətərdəki Əl-Udeyd aviabazasına isə ABŞ-nın В-1В strateji bombardmançı təyyarəsi göndərilib.