ABŞ-dan Cəmil Həsənliyə dəstək

ABŞ-dan Cəmil Həsənliyə dəstək

Cennifer Klyayn: "Biz hamımız cəsur qadınlara minnətdar olmalıyıq"

Ağ Ev bütün dünyada hücum qurbanı olan cəsur qadınlara dəstək ifadə edib.

Bu barədə ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzi tərəfindən təşkil edilmiş virtual brifinqdə xarici jurnalistlər qarşısında çıxış edən Ağ Evin Gender Siyasəti Şurasının həmsədri və icraçı direktoru Cennifer Klyayn bildirib.

O deyib ki, Vaşinqton “diplomatiya, inkişaf, ticarət və müdafiə vasitəsilə” gender bərabərliyinə nail olacaq.

Bu yaxınlarda Azərbaycanda vəkil Şəhla Hümbətovanın və müxalifət lideri Cəmil Həsənlinin qızının təqibə məruz qaldığını şərh edən Klyayn deyib: “Biz hamımız cəsur qadınlara minnətdar olmalıyıq və biz onlara minnətdarıq”.

Ötən ay Bayden administrasiyası Gender Siyasəti Şurasını təsis edib.

Şuraya prezident adminstrasiyasının, demək olar ki, bütün üzvlərinin daxildir.

Şuranın vəzifəsi administrasiyanın daxili və xarici siyasətində gender bərabərliyinin təmin edilməsinə şərait yaratmaqdan ibarətdir.

Facebook