ABŞ-da Trumpın impiçmenti tələb olunur

Massaçusets ştatının Bruklayn Şəhər Şurası ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı başladılmış təşəbbüsə qoşulub.

Trend-in məlumatına görə, bununla da Bruklayn şəhəri dövlət başçısının hakimiyyətdən uzaqlaşdırılması lehinə çıxış edən 10-cu bələdiyyə olub.

Bundan əvvəl analoji qərarlar Kembric, Riçmond və Los-Ancelesdə qəbul edilib.