ABŞ-da 2 jurnalist reportaj hazırlayarkən ölüb

ABŞ-ın cənub sahillərində “Alberto” subtropik qasırğası iki nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər regional telekanalda çalışan aparıcı Mayk Makkormik və fotoqraf Aaron Smelserdir. Onlar Şimali Karolina ştatında qasırğadan reportaj hazırlayan zaman həlak olublar. 

Qeyd edək ki, Kuba hökuməti “Alberto” qasırğasına görə ötən bazar 5 min insanı evakuasiya edib.