ABŞ bu tarixdə səfirliyini Qüdsə köçürür

ABŞ-ın Qüdsdəki səfirliyinin açılış tarixi müəyyənləşib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, açılış tarixi 14 may 2018-ci il, İsrailin müstəqillik günündə planlaşdırılır.
 
Mərasimdə yüksək vəzifəli şəxslərin iştirakı gözlənilir.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyin Tel-Əvivdən bu şəhərə köçürülməsi barədə qərar qəbul edib. Qüds Fələstin və İsrail arasında mübahisəli bölgədir.