ABŞ-ın ATƏT-dəki missiyası da 11 aprel seçkisinə mənfi qiymət verdi

ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycanda 11 apreldə keçirilmiş növbədənkənar prezident seçkisi ilə bəyanat yayıb. Bəyanatda seçkinin nəticələrinə dair ATƏT Müşahidə Missiyası ilə həmrəylik ifadə olunur:

“Biz Müşahidə Missiyasının seçkilərin fundamental azadlıqların kəskin məhdudlaşdırıldığı, gerçək rəqabətin olmadığı şəraitdə keçirilməsi rəyini bölüşürük.

Seçki günü prosedurlara geniş miqyasda sayğısızlıq, şəffaflığın olmaması, çoxlu sayda qanun pozuntuları, o cümlədən qutulara topa şəklində bülletenlərin atılması barədə qeydlərini də bölüşürük.

ABŞ İlham Əliyev hökuməti və azərbaycan xalqı ilə mühüm ikitərəfli və regional problemlərin, o cümlədə fundamental insan hüquq və azadlıqlarının, iqtisadi inkişafın, rifahın təmin edilməsi, terrorizmlə mübarizə, Minsk Qrupu çərçivəsində daha aktiv iştirak etməklə Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına nail olmaq istədiyini vurğulamağı vacib hesab edir”.

azadliq.info