EURO : 1,8358 TRY : 0,2794 USD : 1,7 RUB : 0,0267
ABŞ 50 əsgərinin yaralandığını açıqladı

ABŞ 50 əsgərinin yaralandığını açıqladı

Yanvarın 8-i İranın İraqda yerləşən hərbi bazalarına endirilən zərbədən sonra ABŞ prezidenti Donald Tramp bu zərbəni gözlədiklərini, bazaları boşaltdıqlarını və heç bir itkilərinin olmadığını açıqlamışdı. İran tərəfi isə raket zərbələri zamanı 80-ə yaxın ABŞ əsgərinin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlamışdı.

 

Daha sonra mediaya məlumat sızdırılaraq 11 əsgərin yaralandığını açıqlandı. Bundan iki gün sonra isə yaralı sayının 21 olduğu bildirildi. Dörd gün əvvəl isə "Pentaqon" yaralı sayının 36 olduğunu dedi.

 

Bu gün isə TASS agentliyinin məlumatına görə, Pentaqon sözçüsü general-polkovnik Tomas Kempbel bildirib ki, yaralıların sayı 50 nəfərdi.

 

Onun sözlərinə görə, İranın Amerika bazalarına zərbələri nəticəsində 50 hərbçiyə beyin xəsarətləri diaqnozu qoyulub. Həmçinin Kempbel qurbanların sayının arta biləcəyini vurğulayıb.

Facebook