Abdulla Gül Fətullah Gülənə cavab verdi

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Fətullah Gülənlə heç vaxt görüşmədiyini bildirib. Abdullah Gül sosial şəbəkə səhifəsindən belə açıqlama edib: "Baş nazirliyim, xarici işlər nazirliyim və prezidentlik vəzifələrim müddətində heç bir görüşüm olmayıb. İctimaiyyətin nəzərinə." Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü yaxınlaşan bir vaxtda Amerika radio kanalı NPR-dən Robert Siegele müsahibə verən Fətullah Gülən Abdullah Gülün adını onu ziyarət edənlər arasında ilk dəfə demişdi.

Türkiyə mediasına istinadən xəbər verilir ki, FETÖ lideri Gülən "Reuters" və bir Amerika radiosuna verdiyi müsahibədə Abdullah Gülün onu ziyarət etdiyini söyləmişdi. Gülən açıqlamalarına Türkiyənin 11-ci Prezidenti Abdullah Güldən cavab gəlib. Gül sosial şəbəkə səhifəsindən belə açıqlama edib: "Fikir, din və siyasət anlayışım üçün həyatımın heç bir dövründə yaxınlıq etmədiyim bu təşkilat lideri ilə, Baş nazirliyim, xarici işlər nazirliyim və prezidentlik vəzifələrim müddətində heç bir görüşüm olmayıb. İctimaiyyətinin nəzərinə."

Dövlət çevrilişinin ildönümü yaxınlaşa bir zamanda Amerika radio kanalı NPR-dən Robert Siegele müsahibə verən Fətullah Gülən Abdulla Gül və keçmiş Baş Nazir Əhməd Davudoğlunun adını onu ziyarət edənlər arasında ilk dəfə çəkmişdi. Gülən, "Ərdoğan məni bitirə bilsə hərəkatdakı hər kəsin həll edilə biləcəyini düşünür, amma bu hərəkat Allaha bağlı bir sevgi və fədakarlıq hərəkatıdır. Bizdən sonra da insanlar ecazkar işlərini görməyə davam edəcək",- deyə danışmışdı.