EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Abbas Hüseyn aclıq aksiyasına başladı və cərimə kamerasına salındı

Abbas Hüseyn aclıq aksiyasına başladı və cərimə kamerasına salındı

8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, "Nardaran hadisələri"nə görə həbs olunan Abbas Hüseyn bir həftədən artıqdır ki, aclıq edir. 

 

Bu barədə Rakurs.tv-yə onun yaxınları məlumat veriblər.

 

Abbas Hüseynin aclıq aksiyası keçirməsinə səbəb isə göndərilən sovqatların həbsxanada olan dustaqlara verilməməsidir.


"Cəzaçəkmə müəssisələrinə evdən sovqatı qadağan edilməsi koronavirusla bağlı tədbirlərlə izah edilir. Amma məsələ burasındadır ki, müəssisələrin daxilindəki mağazalar ərzaq qəbul edir və satır. Bu mağazalarda qiymətlər isə xeyli yüksək olur. Bir çox dustağın həmin mağazalardan alış-veriş etməyə maddi imkanı çatmır. Müəssisələrdə verilən yemək isə keyfiyyətsiz olur. Dustaqlar da narazıliq edir ki, hansı səbəbə görə müəssisə daxilində mağazalara kənardan ərzaq buraxılır, amma evlərdən sovqat qəbul edilmir. A.Hüseyn də bu süni problemə etiraz olaraq aclıq aksiyası keçirir", - deyə onun Abbas Hüseynin yaxınları diqqətə çatdırıblar.

 

Qeyd olunub ki, Abbas Hüseyn hal hazırda aclıq aksiyasına görə həm də cərimə kamerasına da salınıb.

Facebook