91 dustaq həbsxanadan qaçdı

Braziliyanın Rio Qrande du Norte əyalətində 91 dustaq həbsxanadan qaçıb. Onlar qaçmaq üçün qazdıqları tuneldən istifadə ediblər. 

Bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Hərbi polis rəsmiləri həbsxana rəhbərliyinin səhərə yaxın, məhkumların qaçdığını biləndən sonra polisdən dəstək istədiyini açıqlayıb.

Artıq 8 məhkumun polislər tərəfindən saxlanıldığı bildirilir. Rəsmilərin sözlərinə görə, tanınmamaq üçün geyimlərini dəyişən dustaqlara azı iki avtomobil və bir motosikletlə qaçmaq üçün yardım edilib.