870-dən artıq tələbə köçürülüb

Fevralın 1-dən başlayan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan başqasına dəyişdirilməsi prosesi yekunlaşıb.
 
Təhsil Nazirliyi bu gün, fevralın 22-si prosesin nəticələrini açıqlayıb.
 
Məlumata görə, köçürülmə ilə bağlı sənəd qəbulu elektron yolla aparılıb.
 
Bakalavriatura və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub. Bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura ilə bağlı 15, orta-ixtisas təhsilinə aid isə 186 nəfərin sorğusuna müsbət cavab verilib.
 
Azərbaycanda tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.
 
Tələblərə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində uyğun ixtisas üzrə minimal keçid balından az olmamalıdır.
 
Eləcə də, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM-in müəyyənləşdirdiyi eyni ixtisas qrupu daxilində olmalıdır.
 
toplum.tv