82 yaşlı deputat: Yerimizi gənclər tutmalıdır

82 yaşlı deputat: Yerimizi gənclər tutmalıdır

Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm.

 

Bu barədə Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

 

O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək: 

 

“Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.

 

Qeyd edək ki, Milli Məclisin deputatı A.Abiyevin 82 yaşı var.(Unikal)

Facebook