8 əsgərin şəhid olduğu yüksəklik azad edildi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin Racu bölgəsində Mesekanlı, Mamalı və Atamanlı kəndlərini terrorçulardan azad edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bundan başqa, Bilal kəndindəki təpə PYD-dən təmizlənib.

Türk ordusu gecə saatlarında terrorçuların hücum etdiyi və 8 əsgərin şəhid olduğu 1083 nömrəli təpəni də ələ keçirib.