7 jurnalist həbsdən azad edildi

Türkiyədə məhkəmə “Cumhuriyet” qəzetinin 7 əməkdaşının həbsdən azad edilməsinə dair qərar verib.

Onlar PKK terror qruplaşması ilə əlaqədə şübhəli bilinirdi.

Onlar baş redaktor Murat Sabunçu, icraçı direktoru Akın Atalay da daxil olmaqla “Cumhuriyet” qəzetinin 17 əməkdaşı barəsində məhkəmə prosesi bazar ertəsi İstanbulda başlayıb.   

Hazırda 11 müttəhim həbsdədir, daha 6 nəfər barəsində isə ölkəni tərk etməmək qətimkan tədbiri seçilib. Sabiq baş redaktor Can Dündar da daxil olmaqla nəşrin iki əməkdaşı barəsində axtarış elan edilib.