EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
‘65 yaşdan yuxarı’ qadağanı Putinə aid deyil

‘65 yaşdan yuxarı’ qadağanı Putinə aid deyil

Kremlin sözçüsü Dmitry Peskoв martın 23-də deyib ki, Moskva meri Sergey Sobyaninin yaşı 65-dən çox olanların martın 26-dan aprelin 14-dək icbari özünütəcrid etməsi barədə sərəncamı prezident Vladimir Putinə şamil edilmir.

 

Moskva merinin sərəncamı Rusiya paytaxtında koronavirusa yoluxanların sayının kəskin artması ilə bağlı verilmişdi.

 

Sobyanin bildirmişdi ki, onun sərəncamından məqsəd əhalinin koronavirusa daha həssas olan yaş təbəqəsinin sağlamlığının qorunmasıdır.

 

Current Time saytı yazır ki, Peskovun sözlərinə görə, Putinin 67 yaşı olsa da, özünütəcrid qaydası ona tətbiq olunmur.

 

Sözçü əlavə edib ki, sözü gedən sərəncamda “müəssisə, təşkilat, dövlət qurumları və hakimiyyət orqanlarının fəaliyyətinin təmin edilməsində həyati rolu olan rəhbər işçilər və əməkdaşlar” üçün istisna nəzərdə tutulub:

 

"İş işdir. Xüsusən də prezidentin işi. Bu iş, məhdudlaşdırıcı və tövsiyəedici sənədlərdə göstərilən kriteriyalardan asılı olmayaraq icra edilməlidir. Prezident hələki işləyir, amma gördüyünüz kimi heç kim kütləvi tədbir keçirmir və bu barədə heç düşünmür də. Bunları indi etmək məqsədəuyğun olmazdı”.

Facebook