65 nömrəli marşrutun son dayanacağı dəyişir

65 nömrəli marşrut Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində 22 saat işləyəcək.

Xaliq Faiqoğlu MMC-dən Teleqraf.com-a verilən məlumata görə, aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində gücləndirilmiş rejimdə, yəni sutkada 22 saat xidmət göstərəcək 3 avtobus marşrutundan biri şirkətimizə məxsus olan 65 saylı xətdir.

Məlumata görə, yarış ərəfəsində və yarış günləri 65 nömrəli avtobusun son dayanacağı “Azneft” dairəsi deyil “Azərbaycan” prospektində - Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaq olacaq: “Avtobuslarımız hər zaman olduğu kimi 5 dəqiqəlik intervalla hərəkət edəcək və səhər saat 6:00-dan gecə saat 4:00-dək paytaxt sakinlərinin, eləcə də qonaqların xidmətində olacaq”.