Daha 5 siyasi məhbus aclıq aksiyasına başladı

Daha 5 siyasi məhbus aclıq aksiyasına başladı

NİDA vətəndaş hərəkatının həbsdə olan üzvləri İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov, jurnalist Elçin İsmayıllı və fəal Əhsən Nuruzadə bu gündən aclıq aksiyasına başladıqlarını bəyan ediblər.

 

Operativ.tv xəbər verir ki, jurnalist Xədicə İsmayıl onların məktubunu yayıb.

 

Siyasi məhbuslar aclıq aksiyası keçirməkdə məqsədlərinin siyasi məhbuslara, həmçinin Mehman Hüseynova qarşı sürülən ittihamlara etiraz etmək olduğunu deyib. Məktubda yazılır ki, onlar siyasi məhbus probleminə etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıblar.

Facebook