5 PKK terrorçusu məhv edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə təhlükəsizlik qüvvələri Ərzurum vilayətində 5 PKK terrorçusunu məhv edib. “Anadolu” agentliyinin istinadən verdiyi məlumata əsasən, vilayətin Şenkaya rayonunda meşə ərazisində terrorçu qrupa qarşı əməliyyat keçirilib.   Təslim olmaq çağırışına PKK-çılar atəşlə cavab veriblər. Cavab atəşi ilə 5 terrorçu məhv edilib.   Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.