5 günlük körpəni quyuya atan nənə həbs olundu

Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyevin 5 günlük qızını su quyusuna atmaqda şübhəli bilinən Atifə Nuriyeva tutulub.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində bu il iyulun 30-da Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyevin 5 günlük qızını su quyusuna atmaqda şübhəli bilinən Ş.Nuriyevin anası A.Nuriyeva tutulub.