40-dan çox sığorta şirkətinin lisenziyası ləğv olunub

Maliyyə Bazarlarına Nəzarət Palatası bu günlərdə yeni sığorta agentlərinin fəaliyyətinə lisenziyalar verib. Bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi isə 3 ay müddətinə və ya birdəfəlik dayandırılıb. Palatanın məlumatında belə deyilir.

"İclasda 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması haqqında qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında" Qanunun tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub», - xəbərdə vurğulanır.

Xəbərə görə, iki fiziki şəxsin sığorta agenti fəaliyyətlərinə verilmiş lisenziyalar isə birdəfəlik ləğv olunub.

Lisenziyası ləğv edilən fiziki şəxslərin bu məsələyə münasibətləri, hələlik, açıqlanmayıb.

Ötən il də ölkədə bir neçə sığorta şirkətinin və yüzlərlə fiziki şəxsin lisenziyası əlindən alınmışdı. Buna səbəb kimi onların hesabat verməmələri və öhdəlikləri yerinə yetirə bilməmələri göstərilirdi.

Rakurs TV