4 il cəza alan MTN polkovniki narazıdır

MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov aldığı 4 illik cəzadan narazıdır. O, barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Rakurs TV "musavat.com"a istinadən verir ki, apellasiya şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim edilib.

M.Əsgərov şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, bir müddət əvvəl Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.